Mühasibat Xidmətləri


Bakıda mühasibat xidmətləri

Üst səviyyəli Mühasibat xidmətləri axtarırsınız?

Accounting Services


Mühasibat problemləriniz həll olunsun!


Bir problem şirkətinizi inkişaf etdirmək və ya məhv etmək gücünə malikdir. Gözlənilməyən və davam edən mühasibat problemləri mütləq işinizi sarsıdacaqdır. Təklif etdiyimiz mühasibat xidmətləri sizi sürətli və dəqiq həllər ilə təmin edir.  Biznesinizə uyğun mühasibat planı hazırlayırıq - onu həyata keçirirsiniz və işinizin necə inkişaf etdiyini görürsünüz.  Ayrıca hər hansı bir mühasibat xidməti də seçə bilərsiniz. Nəticə olaraq mühasibat uçotunuzu autsours edərək mühasibat işlərinə daha az vaxt və daha az pul sərf edəcəksiniz.

Mühasibat uçotunun qurulması

Maliyyə uçotunun qurulması

Dövlət hesabatlarının təqdim edilməsi

Maliyyə vəziyyəti haqqında hesabat (Balans)

Mənfəət və Zərər hesabatı

Kapitalda dəyişiklər hesabatı

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Bank İşinin Təşkili (daxili və xarici köçürmə əməliyyatları)

daxildir

Mühasibatlığınızı Autsours edəndə

 

Mühasibatlığın autsours edilməsi biznesinizə təkan verəcəkdir. Necə mi? Mühasibat departamentinizə gedən xərclər azalacaq. Bu sahəyə yatırdığınız vaxtınız də sizə geri qayıdacaqdır. Artıq biznesinizin digər vacib funksiyalarına ayırmaq üçün daha çox vaxtınız vardır.

65%

Xərciniz Azalır

 

Statistikalara görə mühasibatlığın autsours edilməsi şirkətlərin bu sahə üçün olan xərcini 65% azaldır.

100%

Vaxtınızı Geri Qazanırsınız


Sahibkarların ən çox ehtiyac hiss etdikləri şey vaxtdır. Ailəyə, kitab oxumağa daha çox vaxt ayırmaq sizin də haqqınızdır. Mühasibatlığa xərclədiyiniz vaxtınızın 100%-i də geri qazanırsınız.

Bizimlə işləməkdən nələr gözləyə bilərsiniz!?


Burada mütləq dəyər, dəqiqlik və möhtəşəm bir komanda əldə edəcəksiniz. 


Biznesiniz dəyərlidir!

Bizim missiyamız əlaqələrin etibar və dəqiqlik üzərində qurulduğu bir biznes sənayesi formalaşdırmaqdır. Sənayeni, iqtisadiyyatı və ölkəmizin inkişafına töhfə vermək bizi həyəcanlandırır. Çünki biz sizə dəyər veririk. 


Dəqiqlik və şəffaflıqla yoğrulmuş etibarlı və keyfiyyətli xidmətlər əldə edəcəksiniz.  Bu xüsusiyyətlərlə biznesinizin insan resursları səlis bir şəkildə idarə ediləcək və problemləri vaxtında həll ediləcək. Günün, rübün, ilin sonunda, biznesiniz müdaxiləsiz işləyəcəkdir.


Vizyonumuzu, missiyamızı və dəyərlərimizi sədaqətlə qəbul edən komandamızla işləyəcəksiniz. Xidmətlərinizdə fədakar, mütəşəkkil, ehtiraslı və ən əsası peşəkar insanlar olacaq.

Biznesiniz üçün Prosesi elə indi başladaq!

Danışıq

 

Sizə zəng etmək və ya detallar barədə birbaşa zəng etmək üçün bizə bir mesaj buraxın. Şirkətiniz haqqında danışacağıq və sizə ən uyğun olanı təklifi tapacağıq. İllik dövriyyənizi və işçi sayınızı bizə təqdim etməyiniz xahiş olunur.

Hərəkətə keçmək

 

Planı həyata keçirmək üçün birlikdə çalışacağıq. Sonra şirkətiniz vəziyyəti barədə məlumat verəcəyik və biznesiniz işləyərkən planı tətbiq edəcəyik. Biznesiniz üçün ən yaxşı qərarı almağınız üçün sizi aylıq, rüblük və illik hesabatlarla təmin edəcəyik.

Rahatlamaq


Biz bizə ehtiyacınız olduğu vaxt həmişə buradayıq. Hər zaman, istənilər səbəbə görə bizimlə əlaqə qurun. Yeni qərarlar vermək üçün maliyyə hesabatları lazımdır? Bizdən məsləhət alın. Rahatlayın və vaxtınızı biznesinizin digər funksiyalarına ayırın. Mühasibatlıq bizdə!

Bloq

 

Bloqumuzu nəzərdən keçirin və insan resursları ilə əlaqəli hazırladığımız məzmunlardan və ən son vacib  xəbərlərdən faydalanın.

Üst səviyyəli Mühasibat xidmətləri axtarırsınız?