01

Haqqımızda

Müasir şirkətlər lider mövqelərini qorumaq üçün daim innovativ həllər hazırlamağa, irəliləyişin fərqli metodlarını tətbiq etməyə, unikal özəlliklərə malik xidmətlər təklif etməyə çalışır. “DEVELOPMENT LİNE” Azərbaycanın maliyyə, mühasibat və insan resursları sahəsində ixtisaslaşmış şirkətidir. Davamlılığı olan yenilikçi xidmətlərimiz ilə bizneslərin inkişaf xəttini peşəkar komandamızla inşa etmək əsas prioritetlərimizdəndir. Komanda üzvlərimizi bizim dəyərlərimizə hörmətlə yanaşan, işini məsuliyyətli, dəqiq və keyfiyyətli bir şəkildə görərək fərqliliklər ortaya çıxaran istedadlar arasından seçirik.  Bu prosesə riayət edərək, həmişə xidmətlərimizi şəffaflıq əsasında dəqiqlik, keyfiyyət və bütövlüklə yerinə yetirmək hədəfindəyik.

02

MİSSİYAMIZ

Missiyamız biznes tərəfdaşları arasında dəqiqlik, bütovlük və şəffaflıq üzərinə inşa edilmiş əlaqələri artırmaq və yaymaqdır. Hədəfimiz şirkətlərin reallaşdırdığı işləri etibarlı yollarla, söz verildiyi şəkildə doğruluq və dürüstlüklə həyata keçirə biləcəyi bir sənayeni təbliğ etmək və onun bir parçası olmaqdır. Biz əməkdaşlarımızı missiyamıza dəyər verən və onun bir parçası olmaq istəyən bizneslər arasından seçirik.

Development Line şirkətinə mühasibatlıq, kadr və insan resursları, audit və hüquq işlərinizi həvalə etdiyiniz zaman məqsədlərinizi özünə yaxın bilən, bütün bilik və bacarıqlarını sizə keyfiyyətli xidmət göstərmək üçün səfərbər edən peşəkar komandaya etibar etmiş olursunuz.

03

VİZYONUMUZ

Vizyonumuz, hədəflərimizə çatmaq və dəyərlərimizi yaymaq yolu ilə missiyamızı həyata keçirmək üçün regionda mühasibatlıq, maliyyə və insan resursları sahəsində dəqiqlik, şəffaflıq, keyfiyyət və bütovlük deyiləndə ilk müraciət edilən şirkət olmaqdır.  Vizyonumuz davamlılıq göstərən və yenilikçi bir şəkildə missiyamıza xidmət göstərir.

04

Komandamız