Libra dolları əvəz edəcək

Forbes jurnalının sahibi Steve Forbes Libra kripto valyutanın təqdimatından sonra Mark Zuckerbergə açıq məktub yazıb.

Libra dolları əvəz edə bilər-Steve Forbes

 

Məktub:

 

Mark Zuckerbergə açıq məktub

Əziz cənab Zuckerberg,

Şirkətinizin, 2020-ci ildə başladılacaq kripto valyuta Libranı elan etməsi böyük səs gətirdi. Yaşadığımız dövrün təbiətinə xas olaraq layihənin dərin tənqid və şüphə ilə qarşılanması heç də bizi təəccübləndirmədi. Həvəsinizi itirməyin. Bir baxıma, bir şirkətin öz pul vahidini ortaya çıxarması fikri yeni deyil. Hava yolları şirkətlərinin tez-tez uçan mili, insanların qazana biləcəyi və səyahət, ya da başqa şeylər ala biləcəyi bir pul növüdür. Kredit kart təmin edən şirkətlər, otellər və bir çox pərakəndə mallar satan şirkətlərin onları istifadə edən insanların xallar qazanaraq digər fərqli xidmət və mallar alabiləcəyi çoxlu sədaqət proqramları mövcuddur.

Əgər Libra mövzusunda doğru kartları oynasan, pul və maliyyənin Henry Fordu ola bilərsən. Sənin bu yeni valyutan bir neçə əsr əvvəl ixtira olunan kağız və metal pulların yanında yerini ala bilər. Qlobal valyuta hesab edilən dolları da əvəz edə bilər.

Çox həyati əhəmiyyətə sahib olan bir sahədə, şirkət olaraq digər kripto valyutalardan bir neçə işıq ili öndəsiniz. Dəyərində sabit olan bir valyutanın varlığının vacibliyini isə sənə izah etməyə ehtiyac yoxdur. Pul, dəyəri tərəzinin ağırlığı, ya da saatın zamanı ölçdüyü kimi ölçür. Çox kripto valyutalar-hansı ki dəyərləri bir anda şiddətli bir şəkildə dalğalanır-sadəcə möhtəşəm spekulyativ maşınlar kimidir, amma həqiqi valyuta olaraq bir dəyərləri yoxdur. Ağlı başında olan heç kəs bitcoin ilə 24 saatdan uzun vaxtlı bir müqavilə yazmaz. Kripto valyutalar bu gün steyk ertəsi gün isə pişik yeməyidir. Amma əgər sən uzun vaxtlı müqavilələrdə, gündəlik əməliyyatlarda və investisiyalarda istifadə edilə bilən gerçək sabit dəyərə malik bir kripto valyuta ixitira etsən onda həqiqi qazanan olarsan.

Libranı tarixin həqiqi səmərəli əsərləri arasında yerini aldıracaq həyati dərəcədə əhəmiyyətə sahib məsləhətlərim belədir:

Qızıl kimi yaxşı hala gətir.  Yeni pulunu, planladığın kimi bir səbət dolusu valyutlarla dəstəkləmək yetərli deyil. Günümüzün pul sisteminde valyutaların dəyərləri heç durmadan artıb azalır, bu o deməkdir ki, ehtiyacın olan sabitliyi bu yolla əldə edə bilməyəcəksən.

Qlobal güclərə çevrilən ölkələrin- Hollandiya, daha sonra Böyük Britaniya (Royal Mintin direktoru olan Isaac Newton poundu bir nisbət ilə qızıla sabitlədi və bu nisbət iki əsrdən çox davam etdi) və sonra isə ABŞ (Alexander Hamilton sağolsun)- hamısı valyutalarını qızıla bağladılar.

Bəzi fərqli səbəblərə görə qızıl öz gerçək dəyərini qoruyub saxlayır. Bu daha çox bir ölçü çubuğuna bənzəyir. Qızıl, bir arşındakı 68 sm-in inşa etmək istədiyiniz binanın böyüklüyünü məhdudlaşdırdığından daha çox pul təminatını məhdudlaşdırmır. Bu o deməkdir ki, Libra bu gün heç bir valyutanın sahib olmadığı bir şeyə sahib olacaq; sabit dəyərə. Bu sabitlik isə vaxt keçdikcə dünya üzərində ən çox arzu edilən və seçilən mübadilə vəsaiti olacaq. İnsanlar etibarlı pula acdırlar. Sənin konsultantların, bugünün bir çox iqtisadiyyatçısı kimi, cahillik, mif və xurafat yükü ilə yüklənmiş bir şəkildə tək bir səslə bu sarı metala qarşı çıxacaqlar. Ortaq bir şəkildə paylaşılan bu şübhə, digər az sayılmayacaq məbləğdə kapitala sahib təqlidçiləri uzaq tutacağı üçün bir üstünlükdür.

Qızıl standardının daha əvvəl necə işlədiyi barədə dəqiq bir dəyərləndiməyə sahib olmaq istəyirsənsə, tarixçi/iqtisadiyyatçı Nathan Lewisin hər hansı bir əsərini oxuya bilərsən. Həmçinin, mənim də müəlliflərindən biri olduğum “Pul” kitabına göz ata bilər, ya da ictimai televiziya üçün çəkilməsinə kömək etdiyim “Biz Pula etibar edirik!” sənədli filmini də izləyə bilərsən.

Libra uzun vaxtlı investisiyaya təşəbbüs etdirəcək güclü bir alət olacaqdır. Kapitalı səmərəli bir şəkildə işlətmədiyimiz üçün durğunlaşırıq. Elə bu səbəbdən ötürü, Libranın irəliləməsi üçün siyasi qışqırmaları görməməzlikdən gəlmək lazımdır. Əgər hər nailiyyət siyasi təsdiqləmə gözləsəydi, onda səyahət etmək üçün hələ də atlardan istifadə edərdik. Uber və Lyftin müştərilərində etdiyi kimi sən də Libranı qısa bir vaxtda bir çox insanın istifadə etdiyindən əmin olmalısan. Bu yolla siyasətçilərin, ixtiranızı baltalamağının qarşısını alarsınız.

Və yeri gəlmişkən, Libranın adını dəyişdirmək variantını nəzərə almalısan. “Libra” Roma imperiyasında ağırlıq vahidi idi, və biz bunun necə nəticələndiyini bilirik. Utancaq olma: Onu “Mark” adlandır. Almanya II Dünya Savaşı bitdikdən sonra ortaya çıxardığı markı istifadə etməyi 20 il əvvəl avro ilə əvəz edərək buraxdı, yəni bu ad boşdur.

Qızıl dəstəkli Mark, pulun tarixində çevriliş edən bir gediş ola bilər. Bitcoini oyunun kənarına çıxarar və milyardlarla insan və bizneslərdən indi və hər zaman eşqlə verilmiş “Like”lar yığa bilər.

 

Hörmətlə,

Steve Forbes

 

Məqalənin əsli: https://www.forbes.com/sites/steveforbes/2019/06/25/open-letter-to-mark-zuckerberg/#2c9a37272614

 

Bütün məqalələr