Dünyanı Dəyişdirən Biznes fikirləri

UBER fikir olaraq necə ortaya çıxdı?

Qurucuların Parisdə bir araya gəlməsi!

Uberin hekayəsi Parisdə başladı; 2008-ci ildə The Economist jurnalının illik texnologiya konferansında (LeWeb) iştirak edən start-uplarını yenicə satmış iki təşəbbüskar - Travis Kalanick və Garret Camp ilə.
2007-ci ildə Kalanick Red Swoosh adlı start-up-ını Akamai Texnologiyaları şirkətinə 19 milyon $, Camp isə StumbleUpon-u eBay-ə 75 milyon $-a satdılar.
Belə bir şayiə var ki, Uber fikri konferans zamanı, bir qış gecəsində bu iki təşəbbüskarın Parisdə taksi tapabilməməsi üzərinə doğuldu. Fikir ilk başda ortaq sifariş veriləbiləcək limuzin tətbiqi olaraq düşünülmüşdü. Konferansdan sonra təşəbbüskarlar ayrıldı, amma Camp San Fransicoya qayıtdıqdan sonra, fikir üzərində daha ciddi fikirləşməyə başladı və UberCab.com domainini satın aldı.

UberCab həyata gözlərini açır.

2009-cu ildə, Camp StumbleUpon-un CEO-su olsada yan layihə olaraq da UberCab prototipi üzərində işləməyə davam edirdi. O ilin yayında Camp Kalanicki UberCab-ın inkişafında iştirak etmək üçün yola gətirdi. Bu xidmət 2010-cu ildə ilk dəfə New York şəhərində 3 ədəd taksi ilə test edilməyə başlandı və rəsmi açılış isə May ayında San Fransiscoda həyata keçirildi.
Tətbiqin asanlığı və sadəliyi onu çox məşhurlaşdırdı. Bir düyməyə basmaqla, taksi sifariş ediləbilirdi, GPS, lokasiyanı təyin edir və xərc avtomatik olaraq hesablanıb istifadəçinin kartından çıxılırdı. 2010 cu il Oktyabr ayında şirkət ilk böyük fond yatırımını 1, 25 milyon dollar məbləğində First Round Capitaldan qəbul etdi.

UberCab necə Uber oldu?

2010-cu ilin Oktyabr ayında San-Fransisko Bələdiyyə Nəqliyyat Agentliyindən burax və ləğv əmri gəldi. Buradakı problem isə Cab (taksi) sözünün istifadəsində idi. Start-Up buna adını Uber -ə dəyişdirərək cavab verdi və uber.com domainini Universal Music Groupdan satın aldı.
 
 
İstifadə edilən mənbə: investopedia.com
Bütün məqalələr