İşçilər iş yerlərini niyə tərk edir

Ən çox rastlanan 5  səbəb

 

  1. Hörmətsizlik (Görülən işi təqdir etməmək, hörmət göstərməmək)

İşçini ən çox həvəsdən salan gördüyü işin görməməzlikdən gəlinməsidir. Hiss olaraq bu vəziyyətdə olan işçi hörmətsizliyə məruz qaldığını düşünür. Performansı yüksək olan əməkdaşlar üçün isə bu daha vacib bir məsələdir. Peformansı ortalamanın üstündə olan işçilər davamlı olaraq görməməzlikdən gəlindikləri halda iki vəziyyət baş verəcəkdir:

  • İşçi artıq əvvəlki performansını göstərməyəcək
  • Başqa bir iş axtarmağa başlayacaq

Əslində isə məsələ çox sadədir; qəbul etmə və təqdir etmə: Əməkdaşa çox yaxşı iş gördüyünü deyərək onun gördüyü işlərin nəzərinizdə olduğunu bildirmək.

  1. Karyera imkansızlığı

Yüksək səviyyədə işlər ortaya çıxaran və çıxarmaq hədəfində olan işçilər üçün sadəcə yeni bacarıqlar öyrənmək deyil, o bacarıqlardan istifadə edərək yeni imkanlara çatmaqdır. Əməkdaşlarınızın işini möhtəşəm bir şəkildə ortaya çıxarması onların inkişaf etmək və yeni şeylər öyrənmək istəmədikləri mənasına gəlmir.

Onlara inkişaf etmələri üçün planlar təklif edin: daha yüksək bir vəzifə verərək digər əməkdaşlara öyərtmək imkanı, yeni texniki bacarıqlar öyrənmək üçün kurslar ya da bir mentor ilə cütləşdirmək imkanları kimi. Bu inkişaf imkanları işçilərinizin gələcəyinə sərmayə qoyduğunuza dəlil olacaqdır. Eyni zamanda öyrəniləcək yeni bacarıqlar vəzifələrində yüksəlməyə onları daha da yaxınlaşdırcaqdır.

  1. Aid olma hissinin olmaması  (Boss/Rəhbər problemi)

LinkedIn-in CEO-su Jeff Weiner CNBC kanalına verdiyi müsahibədə bildirib ki, minlərlə işçinin lətifələrini incələdikdən sonra bizə məlum oldu ki, insanlar işlərini gördüyü işi sevmedikləri ya da daha yaxşı pozisiya üçün deyil rəhbərlərini sevmədikləri üçün tərk edirlər. O bildirib ki, özü də sevmədiyi rəhbərlərlə işləyəndə yenidən başqa işlərə müraciət etməyə başlayıb.

İşçi məmnuniyyəti bir icma ortaya çıxarmaqla mümkündür. Hamımız əlaqə qurmaq və əməkdaşlıq etmək axtarışı içindəyik. Şirkət ənənələri bütün çətinlik çəkən insanları da içinə alacaq şəkildə olmalıdır.

Robby Abed firemeibegyou.com-un qurucusu inc.com vebsaytına yazdığı məqaləsində qeyd edir ki, əvvəlki işlərimdən birində, CEO-muz biz video-iclas görüşündə ikən, hərəkətdə olan əməkdaşlarımız üçün yemək sifarişi verir və  yeməyin çatdırılıb çatdırılmadığına davamlı nəzarət edirdi. Aid olma hissi onda yaranar ki, heç gözləmədiyin vaxtda pulsuz thai yeməyi ayağına gəlsin, belə bir hadisə həqiqətən də aid olma hissini qüvvətləndirər.  

 

  1. Həddən artıq iş yükü

Yüksək performans ortaya qoyan işçilər üçün işdən ayrılma səbəblərindən biri də həddən artıq iş yüküdür. Əgər performansı yaxşı olan bir işçiniz varsa böyük ehtimal ona daha çox iş yükləmək davranışı içindəsiniz. Burada ekstra iş ilə həddindən artıq iş yükü arasındakı incə xətti tapmaq lazımdır.  Bir insana işində çox yaxşı olduğu üçün ekstra bir iş vermək ilə davamlı ekstra işlər ilə onu boğmaq arasında çox fərq vardır. Əgər davamlı ən yaxşı performans göstərən əməkdaşınıza daha çox etibar edirsinizsə onu bir yolla mükafatlandırın. Ümumiyyətlə buna əmək haqqının artırılması daxildir. Əgər bu mümkün deyilsə yeni bir vəzifə adı verməklə onu gələcəkdə maaş artımının gözlədiyini də göstərə bilərsiniz.

Əgər iş yükünü davamlı artırsanız və onun üçün heç bir ekstra bir yenilik etməsəniz ehtiyaclarını qarşılayan yeni bir işəgötürən tapacaqdır.

  1. Zəhərli iş yeri mədəniyyət(sizliy)i

Nə vaxt ki, bir rəhbər/boss diktator kimi davranır, danışmağa qoymur, kiçik düşürür, hal-hazırdakı vəziyyəti dəyişdirməyə çalışanları işdən qovursa təbriklər zəhərli bir işyeri probleminiz mövcuddur. Liderliyin Gələcəyi kitabının müəllifi Brigette Hyacinth LinkedIn-da yayımladığı yazısında qyed edir ki,  bu sadəcə rəhbərin davranışları ilə əlaqəli deyil həm də o davranışlar nəticəsində ortaya çıxan qorxu üzərinə qurulmuş münasibətlər ilə də əlaqəlidir. Belə halda işçilər iş yoldaşlarını sata da bilər sırf rəhbərinin gözünə girmək üçün. İş yerinizin zəhərli olub olmadığını öyrənmək üçün bu göstəricələrə diqqət yetirin:

Zəhərli işyeri göstəriciləri

  • Artıq əməliyyatlar və fəaliyyətlər şirkətin əsas dəyərlərinə görə həyata keçirilmir
  • İşçi məsləhətlərinə qulaq asılmır və insanlar doğru dəyərləndirmə verməkdən çəkinir
  • Mikroidarəetmə- işçilərə çox az ya da heç azadlıq verilmir
  • Günahlandırma və cəza müdriyyətin normallaşmış bir halıdır
  • Həddindən artıq işdən ayrılma, xəstəlik məzuniyyətinə çıxma halları artır
  • Artıq işləmə bir şərəf nişanıdır və müdriyyət tərəfindən gözlənilir
  • İşçilərlə rəhbərlik arasında az və ya gərgin münasibət halları mövcuddur
  • Qeybət halları artır
  • Mobbinq halları artır

 

İşçilərin işdən ayrılma faizinin yüksək olması və xoşbəxt olmayan işçilər bizneslərin milyardlar itirmələrinə səbəb olurlar. Ya da cümləni belə qurmaq olar işçilərini məmnun edə bilməyən şirkətlər milyardlar itirirlər. Həyata keçiriləcək müsbət dəyişikliklərə start vermək cümləni necə qurduğunuzdan asılıdır.

İstifadə edilən mənbələr: https://www.forbes.com/sites/ashiraprossack1/2018/11/30/6-reasons-your-best-employees-quit/#385bd9bc2d74

https://www.inc.com/robbie-abed/the-ceo-of-linkedin-says-this-is-no-1-reason-why-most-employees-quit.html

https://www.linkedin.com/pulse/toxic-work-environments-make-best-employees-quit-brigette-hyacinth/

Bütün məqalələr