Biznes Sahibi olaraq Mühasibinizdən Nə istəyirsiniz? Cavabı Burada

Accounting needs of business owners

Ümumiyyətlə biznes sahibləri mühasiblərlə, qanuni işlərdə uyğunluq əldə etmək üçün işləyir. Amma son vaxtlarda şirkət sahibləri mühasiblərdən bizneslərinə lazım olan dəstəyi də verməyini gözlədiklərini dilə gətirirlər.

Edilən araşdırmalara və onlayn məlumatlara görə siz biznes sahiblərinin mühasiblərdən aşağıdakılar haqqında dəstək isədiyiniz ortaya çıxıb. Gəlin falınıza baxaq görək nə istəyirsiniz.

  1. Müştərilərini tanımaq – Biznes sahibləri olaraq siz xidmət aldığınız mühasiblərın sizi tanımağını istəyirsiniz. Bunu isə davamlı iclaslar təşkil edərək, biznesinizi və işlərinizi anlayaraq və gələcək hədəfləriniz haqqında məlumat əldə edərək həyata keçirmələrini istəyirsiniz.
  2. Tez cavablar – Şirkətin nə qədər kiçik olmasından asılı olmayaraq, dəyərli olduğunuzu hiss etmək istəyirsiniz buna görə də vaxtlı kommunikasiya sizin üçün çox vacibdir.
  3. Hərəkətli olmaq – Sahibkar olaraq mühasibinizin şirkətiniz haqqında aktiv bir şəkildə maraqlanmağını istəyirsiniz. Müştəri olaraq sizin maliyyə vəziyyətinizi analiz etmək və biznesinizi daha da inkişaf etdirmək, vergi və əlavə xərcləri azaltmağın yolları varsa onları təklif etməsini istəyirsiniz.
  4. Texnologiyaya ayaq udurmaq – Biznes olarq siz texnologiyaya nə qədər önəm veririsinizsə mühasibinizin də sizə ayaq uydurmağını istəyirsiniz. Mühasibinizi sahəsinin mütəxəssisi olaraq gördüyünüz üçün onların günümüzə uyğun texnologiyaları öz işlərində tətbiq etməyini istəyirsiniz.
  5. Daha çox dəyər qatacaq Xidmətlər təklif etmək – Siz artıq mühasibinizdən sadəcə mühasibat xidmətləri gözləmirsiniz. Biznes sahibləri olaraq siz (xüsusi ilə orta və kiçik bizneslər) fərqli sahələr üçün əldə etmək istədiyiniz məsləhətlər üçün bazarlıq etməyə çıxmaq istəmirsiniz artıq işəgötürmə qanunları və marketinq kimi sahələrdə veriləcək qərarlar üçün dəstək gözləyirsiniz.

Statistikalar isə belədir;

Mühasibinizi dəyişdirərkən bunlara görə qərar verirsiniz:

Bacarığa görə – 35%

Təklif etdiyi xidmətlər görə - 35%

Xərcə görə – 21%

Digər – 9%

Mühasib Seçərkən isə bunlara diqqət edirsiniz:

Ünsiyyətə baxaraq – 28%

Qiyməti nəzərdə tutaraq – 21%

Xarakterə fikir verərək – 18%

Yerləşdiyi yerə görə  – 13%

Biliyinə görə – 9%

İxtisaslaşdığı sahələr görə – 8%

Onlayn Varlığına görə  – 3 %

Biznes sahibləri olaraq mühasibinizdən aşağıdakı sahələrdə dəstək tələb edirsiniz:

Biznes Strategiyası – 32%

Büdcə - 24%

Payroll – 14%

Ümumi – 9%

Biznes Xidməti – 9%

Heç nə - 7%

Vergi – 4%

 

Əgər siz də biznes sahibi olaraq bu mözvuları istəyir və diqqət edirsinizsə biznesinizin bu günü və gələcəyini strateji bir şəkildə idarə etməyi planlaşdırırsınız deməkdir.

Statistikaların qaynağı:  Clearbooks
Bütün məqalələr