Mühasibatlığın Gələcəyi üçün özünüzü hazırlayın: 4 Addım

Future of Accounitng

Texnologiya bütün sahələrdə yeniliklər edir və bu yeniliklər isə bir dövr bağlayıb yeni bir dövrü ortaya çıxarır. Bütün əvvəlki ahəngi pozub yeni bir ahəng ortaya çıxarır. Bu innovativ texnoloji sistem isə daha çox uğur, daha az xəta, daha çox verimlilik, daha qısa zaman, və uzun müddətli davam etdirilə bilən səmərəlilik strategiyası ilə işləyir. Mühasibatlıq və Maliiyə sahəsində isə bu proses uğurla həyata keçirilməkdədir. Bəs bir biznes sahibi olaraq siz öz şirkətinizi bu prosesə necə uyğunlaşdıra bilərsiniz? Cavabı bizdədir.

Cloud Sistemine keçin

Bu siyahıda olan digər üç addımdan fərqli olaraq Clouda keçid indi edə biləcəyiniz və etməli olduğunuz addımdır. Süni İntelektə və Blockchain-e keçidi mümkünləşdirən vacib bir addımdır.

Ən vacib cloud faydası odur ki, istədiyin vaxt, istədiyin yerdə məlumatlara və hesab qaynaqlarına giriş etmək imkanı ilə biznesləri təmin edir. Gerçək zamanlı maliyyə hesabatlarına keçid verildiyi vaxt, əməliyyat qərarları üçün lazım olan məlumatlara mühasibatlıq sisteminden istənilən dəqiqə əldə edilə bilir. Cloud texnologiyası həm də davamlı nəzarət imkanı verir, periodik olaraq təmin edilən analizlər deyil. Televizorda başladığınız sevimli filminizə baxmağı telefonunuzda bitirəbildiyiniz bir dünyada, paylaşılabilirlik və əlaqə günlük həyatın ən vacib hissələridir. Cloud texnologiyası bu imkanı təmin edir.

Avtomlaşdırma Haqqında Məlumat Əldə Edin

Bəlkə də, mühasibatlıq işini ən çox dəyişdirən hər məlumat girişini köhnəldə biləcək kompüter  gücünün ortaya çıxmasıdır. Süni intelekt bu mövzüda əsl gücə sahib texnologiyadır.  "Böyük Dörtlü" adlanan şirkətlər hal-hazırda bir çox fərqli yolla süni intelektdən istifadə edir.

Mühasiblərin gerçək zamanlı avtomtlaşdırılmış müştəri biznes məlumatlarına giriş əldə etməsi ilə, bizneslərini daha səmərələri idarə imkanı ilə təmin edəcək, tətbiq ediləbiləcək anlayışlar əldə edəcəklər.

Burada suni intelektin qiymətə də təsiri olacaqdır. Mühasibatlıq vəzifə olaraq qiymətləndirməni təmin etdiyi cavablara ya da dəyərlərə görə deyil bir işin görüldüyü vaxta görə müəyyən edir. Müştərilər isə tam tərsi, təmin edilən məlumatın dəyəri ilə daha çox maraqlanırlar.

Kripto-valyutaya hazır olun

Bitcoin ilə əlaqəli araşdırma üçün vaxt ayırmağa qərar versəniz də verməsəniz də qeyri-mərkəziləşdirilmiş kriptovalyutaların maliyyə bazarlarında böyük rol oynamağa davam edəcək. Kripto-valyutaların alternativ valyuta olaraq qəbul edilməsi ilə kripto dostu xidmətlər artmağa başlayacaq və dəyərli hala gələcəkdir.

2019-cu ildə kripto-valyuta sularında üzmənizə hələ ehtiyac yoxdur, amma bu haqda potansial müştəri suallarına hazır olun. Sadəcə kripto-valyutanın necə işlənib hazırlanacağını başa düşmək və ya kripto-valyuta potensialına inanan gələcək müştərilərə məsləhət verəndə sizə böyük bir üstünlük verəcəkdir.

Öyrənməyə və kommunikasiyaya davam edin

Bu bilinən bir tövsiyyə olsa da, dəyişən peşəkar mühitdə çox əlaqəlidir. Texnologiyada baş verən dəyişikliklər gün keçdikcə sürətlənir. Və yeni texnologiyaların vəzifələrimizə təsiri olmayacaq demək çox yalnış olar. Bu yeniliklərin isə qısa vaxt ərzində belə baş vermək potansialına sahibdir.

Rəqəmsal texnologiyanın artan gücü mühasibatlıq vəzifəsini ləğv etməyəcək amma işin təbiətini mütləq dəyişdirəcəkdir. Bu yenilikləri izləməniz və həmişə öyrənməniz sizi bir addım öndə aparacaqdır.

Bütün məqalələr