İnsan Resurslarını Gələcək illərdə nələr gözləyir? Əlçatanlıq, Tarazlıq və Uyğunluq

İnsan resursları departamenti və funksiyaları ən çox dəyişikliyə məruz qalan sahələrdən biridir. Texnologiya, sosial-iqtisadi, geo-siyasi və eyni zamanda demoqrafik güclərin insanda səbəb olduğu dəyişikliklər iş yerlərinin və işçi qüvvəsinin hər il yenilənməsinə səbəb olur. Bu yeniliklər dərhal və şüurlu bir şəkildə həyata keçirilməlidir.

Human Resources Trends

Artıq elə dövrdür ki, şirkətlər əvvəlki illərdəki səhvlərini dərk və tərk edərək işçilərinə qarşı yanaşmasını onların rifahı və uğuru yönündə dəyişdirirlər. İşəgötürən brendinqi fəaliyyətlərinə verilən dəyərin bunun nəticəsi olduğu da çox aşikardır. Bəs dəyişikliyə, baş vermədən uyğunlaşmaq mümkündürmü?

Data elminin və süni intellektin inkişafı ilə bizi gözləyən yeniliklər və dəyişiklikləri təxmin etmək artıq heç də çətin məsələ deyil. Şirkətlərin və ölkələrin böyümə üzərinə bu qədər fokuslandığı bir  dövrdə doldurula bilməyən vakansiyaların varlığı bu böyümənin qarşısını çox müvəffəq bir şəkildə ala bilmə imkanına sahibdir. Gələcək illərdən İnsan Resursları sahəsinin daha çox diqqət etməsi vacib olan məsələlər isə bu probləmdən qaynaqlanır.

Əlçatanlıq üzərinə fokuslanın

Dünya əhalisi yaşlanır. Bu fakt dünyanın hər ölkəsində, iş yerləri də daxil olmaqla bütün ictimai sektorlara təsir edəcək ən vacib sosial transformasiya olacaqdır. Əhali yaşlandıqca, yeni bir işçi qüvvəsi reallığı ortaya çıxacaqdır. Hal-hazırda Yaponiya, Almaniya, ABŞ və Çinin sahil şəhərləri də daxil olmaq üzərə rekord səviyyədə işçi qüvvəsi yəni işçi qıtlığı (1.7 milyon) yaşanır. Eyni zamanda isə dünyada 1 milyarddan çox insan işsizdir ya da işləməyə sağlığı uyğun deyil.

Bu geniş iş imkanı insanlara çatdırmaq üçün, təşkilatlar işləri əlçatan etməlidir. Qlobal olaraq artıq şirkətlər İnkişaf və İnnovasiya proqramlarına daha çox investisiya ayırırlar. Bu proqramlara artıq qeyri-ənənəvi iş seqmentlərini ('Gig' işçiləri, geri dönən təqaüdçülər, görünən və görünməyən əlillər və neyro-divergent insanlar) də daxil etmək vacibdir.

Əgər biznes və müştərilərin ehtiyaclarını qarşılamaq istəyirsinizsə artıq geniş iş kütləsini görməməzlikdən gəlməməlisiniz. Şirkətlər müxtəlif qruplara məxsus insanların qabiliyyətlərindən istifadə üçün, işyerləri və bu işyerlərinin tamami ilə əlçatan olmasını reallaşdıracaq texnologiyaya sərmayə qoymalıdır. Bu səyin əsas məqsədi odur ki, “əlçatanlıq” dairəsini yeni imkanlara çatabilməyi də içinə alacaq qədər genişlətməkdir. Yəni bu “daxil etmənin” yaşayış yeri qədər kritikal olması deməkdir.

Artıq işin yenidən müəyyənləşdirilməsi lazımdır. Bu “daxil etmə” mədəniyyətinin formalaşması üçün vacibidir.  Daha axıcı və fleksible olacaq olan işlər uzaqdan işləyənlər, “gig”, təqaüddən qayıdan, ümumi, mütəxəssislər və virtual işçilərin daxil olmasını asanlaşdıracaqdır. Bu dövri ya da keçici işlərin ortaya çıxarılması deməkdir. Mövsümlük ya da ömürlük işlər kimi olmamamlıdır.

Bir başqa məsələ də işlərin daha əlçatan olması üçün təşkilatlar müxtəlif və əlil şəxsləri də cəlb edəcək iş tələbləri formalaşdırmalıdırlar. Onların daha yaxşı yaşayışla təmin edilməsi potansiallarının yaxşı dəyərləndirilməsi üçün vacibdir.

 

Şəffaflıq və Data Təhlükəsizliyi balansı

 

Əlçatan olmaq üçün edilən investisiyaları çətin və kritikal edən odur ki, qlobal olaraq qurumlar, media və idarəçilərə qarşı olan etibarın getdikcə azaldığı və qeyri-müəyyənliyin artdığı bir dövrdə insanların etibar etmək üçün işəgötürənlərini seçmələridir.

Bu təşkilatlar üçün böyük öhdəlikdir. Çünki onlar işçilərinin etibarını qazanmaq üçün daha şəffaf, və açıq ünsiyyət ilə insanların məlumat və gizliliyinin qorunması üçün daha qapalı bir vəziyyətin balansını qurmağa çalışarkən istedadları itirmək riski ilə üzləşirlər. “İşçi məlumatlarının nəzarətinin və saxlanmasının insan haqlarına” girməsini də əlavə etsək şirkətlər aradakı müvəffəq və rəsmi bir şəkildə stabillyi qorumaq vəzifəsini əlində saxlayır.  İnsan resursları, şirkətlərə bu dalğalı dənizdə rəhbərlik etmə öhdəliyini özündə cəmləşdirməlidir. Qanunlar və proqramlar davamlı olaraq yenilənməli, açıq və uzlaşan olmalı, məlumat sistemləri isə təhlükəsiz və əlçatan olmalıdır.

 

Uyğunlaşa bilən İşçi Qüvvəsi Formalaşdırın

 

Etirbar və aidiyyətin olduğu bir mühitdə bütün insanların iştirakı və səmərəli olmağı üçün təşkilatlar daha əlçatan və axıcı olmalıdır. Bunun üçün isə işçi qüvvəsində yeni bacarıq və qabiliyyətlər inkişaf etdirilməlidir.

İR çevrələrində asan uyğunlaşıla bilən şirkətlərə olan ehtiyacdan çox bəhs edilsə də, asan uyğunlaşa bilən işçi qüvvəsindən çox da söz edilmir. Daim dəyişən mühit olan  müasir iş yerlərində parıldamaq üçün lazım olan vacib bacarıq və qabiliyyətləri müəyyən edərək və inkişaf etdirərək uyğunlaşma formalaşdırmalıyıq. İşçilərdən sözdə, peşəkar bacarıqlar olan özünüdərk, empatiya və möhkəmlik kimi qabiliyyətlər tələb edilsə də, bu bacarıqların əsas olmağı ilə əlaqəli çox az fəaliyyət həyata keçirilir. Texniki bacarıqlara verilən əhəmiyyət bizneslərə daha çox  səmərə və yaxşı təsir vəd edən işçilərin uzaqda qalmağına səbəb olur.

Artıq vaxtıdır; İnsanlarımızın məlumatlarının təhlükəsizliyini təmin etmək və qorumaq və onlarla daha açıq olmaq. İşi texnoloji, koqnitiv və fiziki cəhətdən əlçatan etmək. İnsanlarımızda uyğunlaşma bacarığını inkişaf etdirmək və dəyər vermək, bütün insanlarımızı hər şeydən hər zaman üstün tutmaq.

 

Bloqun yazılmasında istifadə edilən qaynaqlar

https://www.humanresourcestoday.com/

#HumanResources , #EmployerBranding , #KnowyourBusiness

Bütün məqalələr